Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Sona Hacıyeva
Sona Salman qızı Hacıyeva (25 iyun 1907, Nuxa – 24 dekabr 1979, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
Sona Mehmandarova
Sona Mehmandarova — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu. == Həyatı == Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi. Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir.Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.
Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (d. 2 fevral 1957) — Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Sona Mirzəyeva
Sona Qədir qızı Mirzəyeva (6 iyul 1950, Bakı – 27 avqust 1985, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1984).[mənbə göstərin] == Həyatı == 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olmuşdur. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb etmişdir. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görmüş və Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etmişdir. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamışdır. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilmişdir. 1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb. Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirmişdir. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyirdi. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlirdi.
Sona Mustafayeva
Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı – 1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir.Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir.Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.
Sona Nuriyeva
Sona Piri qızı Nuriyeva (15 dekabr 1915, Əmircan, Bakı qəzası – 1986, Bakı) — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri. == Həyatı == 15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub. İlk azərbaycanlı təyyarəçi qadınlarından biridir. Sona Nuriyeva həmçinin Azərbaycanın ilk qadın deputatlarından biridir. 1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir. Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur. 1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir. 1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.
Sona Qasımova
Qasımova Sona Əhməd qızı (16 fevral 1912, Maykop, Kuban vilayəti[d] – 18 yanvar 1977, Bakı) — Azərbaycanın ilk qadın idmançılarından biri, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), respublika dərəcəli hakim (1950). == Həyatı == Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1953). 1934-cü ildə keçirilmiş Zaqatala-Bakı piyada yürüşündə iştirak etmiş, 1937-ci ildə qumbara tullamaq üzrə Azərbaycanın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordçusu adını qazanmışdır. Azərbaycan LKGİ Zaqatala RK-nın birinci katibi olmuş (1943), 1941–1944 illərdə döyüşçülərin ümumi icbari təhsil sistemində qumbara tullamaq üzrə təlimatçı kimi fəaliyyət göstərmiş, 1944-cü ildən bədən tərbiyəsi təşkilatlarında, 1958-ci ildən AHİŞ-də məsul vəzifələrdə çalışmışdır.
Sona Salmanova
Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini. == Həyatı == Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur. 1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Ailəlidir, iki övladı var.
Bülbül (quş)
Kardinal (quş)
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Quş (Maku)
Quş (fars. قوش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (70 ailə).
Quş adası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Quş adası (Slovakiya) — Slovakiyanın qərbində yerləşən ada.
Quş alimi
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır == İnsanlar tərəfindən istifadə == Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. == Xəstəliyin tarixi == Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliya və Yeni Zellandiyadır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. == Ekologiyası == Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Quş qırxbuğumu
Quş qırxbuğumu (lat. Polygonum aviculare) – qırxbuğum cinsinə aid bitki növü.Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu) == Botaniki xarakteristikası: == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir. Zəif iyli olub, azacıq büzücüdür.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Quş şəlaləsi
Quş (rus. Птичий) — Rusiyanın Saxalin vilayətində, Kunaşir adasında yerləşən şəlalə. Quş şəlaləsi Kusirodan 254,5 km şimal-şərqdə yerləşir. Şəlalə Kuril qoruğunun əsas görməli yerlərindən biri hesab olunur. Şəlalə Quş (Ptiçaya) çayının Oxot dənizinə töküldüyü yerdə formalaşmış. Şəlalə Kunaşir adasının ən böyük və ən enli şəlaləsidir: Hündürlüyü 12 metr, eni isə 20 metr olan şəlalə yağışlı mövsümdə ən enli səviyyəsinə çatır. Şəlalədən yuxarıda bir çox mineral bulaqlar yerləşir. Bulaqların suyu çayın rəngini parlaq mavi rəngdən şəffaf rəngə qədər dəyişir. == Ümumi məlumat == Şəlalə və çay öz adını yaz aylarında ərazidə çoxlu quşların toplanmasına görə almış. Quş çayı yetərincə bol suludur (Kunaşir adasında ikinci böyük çay).
Siçanaoxşar quş
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). == Həyatı == Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.
Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960) == Həyatı == Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. == Həyatı == 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. == Mükafatları == 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sona Bağırova
Sona Bağırova (jurnalist)
Sona Tağıyeva
Sona Hənifə qızı Tağıyeva (3 yanvar 1916, Bakı – 3 aprel 2004) — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı. == Həyatı == Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır. O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Sona Vəliyeva
Vəliyeva Sona Məhəmməd qızı (1962, Noraşen) — filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi. == Həyatı == Sona Məhəmməd qızı Vəliyeva 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. == Şair kimliyi == Sona Vəliyeva müstəqillik dövrü Azərbaycan poeziyasının dəyərli şairlərindəndir.
Sona İbrahimova
Sona Məmmədağa qızı Mikayılova (d. 2 fevral 1957) — Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Sona Əhmədli
Sona Əhmədli (5 oktyabr 1988; Astara rayonu, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi. == Həyatı == Sona Yadulla qızı Əhmədli 1988-ci il oktyabrın 5-də Astara rayonunda anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Arif Fərmanovdur. == Karyerası == 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı. 2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.
Sona Əliyeva
Sonaxanım Əliyeva (aktrisa) — Azərbaycan aktrisası. Sona Əliyeva (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Yuxarı Sona
Yuxarı Sona (fr. Haute-Saône) — Fransanın cənubunda yerləşən Burqundiya - Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 70. İnzibati mərkəzi — Vezul. Əhalisi — 247 311 nəfər (departamentlər arasında 82-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5360 km². Departamentin ərazisində Sona və Onyon çayları axır, ərazinin üçdən bir hissəsi əsasən meşəlikdir. == Tarixi == 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı formalaşmış ilk 83 departamentdən biridir. Keçmiş Franş-Konte əyalətinin ərazisində yerləşir. Adı Sona çayından gəlir.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Qu quşu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. == Xarici görünüşü == Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. == Növləri == Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) == İstinadlar == == Ədəbiyyat == Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor.DigərLa Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi - 1780 m³ / s. == Ümumi məlumat == İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Şona dili
Şona dili — Bantu dillərindəndir ki, Zimbabve və Zambiyanın cənubunda, Şonalar tərəfindən danışılır. Zezuru, Karanqa, Manyika, Ndau və Korekore bu dilin dialektləridir.
Qətldən yeddi gün sonra
== Məzmun == Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. == Film haqqında == Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.